XALQ ÖZ QƏHRAMANLARINI TANIMALIDIR!

Azər – tez inciyən və ürəyə salandır. Utancaqdır. Musiqini və yeməyi sevir. Qadınlara kompliment deməyə çəkinmir. İşində çox məsuliyyətlidir. Çayxordu. Eşitmişəm şer də yazır. İradları ağır və çətin qəbul edir. (Fidan)
Azər Məmmədov - çox qapalı insandır. Siması nurludur. Mənə elə gəlir ki, həm də maraqlı oğlandır. (Billurə)
Azər - yaman şirni yeyəndi. kim onun hörmətini qazanmaq istəsə, sadəcə 1 konfet yetər. (Lalə)
Azər Məmmədov - əsl məclis adamıdır. Bir əli ağzındadır. Yeyenlə yeyir, içənlə içir. Hamıyla yola gedir. Çox vaxt siqoreti olmur. Bu da çox çəkməsiylə əlaqəlidir. Qəti fikir yürüdənəcən çox götür-qoy edir. Qərara gələndə görür iş işdən keçib. Xoşladığı aktyor Robert Denirodur. (Natiq)
Azər - efirdə - bir - birimizi qırsa da, həyatda pis uşaq deyil. (Hüseyn)
Gülümsəyən Azər Məmmədov - elə özü də həmişə gülür. Nə vaxt baxırsan, belini büküb yazır. Baxmayaraq ki müxbirdir, ştativin ona heç bir dəxli yoxdur. Yəqin mənə kömək edir ona görə.. (Aytən)
Azər Məmmədov - onu tələbəlik illərindən tanıyıram. İnsanlara kənardan baxıb, analiz edən bir adamdır. Çalışır ki, quşu gözündən vursun. Xaraktercə təmkinlidir, çalışır ki, heç kimin xətrinə dəyməsin. Susmağın və danışmağın yerini yaxşı bilir. (Aynur)
Azər - yaxşı oğlandır. Hələ üstəlik yaxşı şer yazmağı da var. (Elnur)

Zvezdoçka Zənurə - ilk baxışdan eqoist görünür. Ürəyinin dərinliyinə getməyi bacarsan onda tamam başqa cürdür. Efirdə danışmağına baxmayaraq, danışmaqla heç arası yoxdur. (oxuyanda incimə ha… - Aytən)
Zənurə - «iç xəbər» in ulduzudur. (Hüseyn)
Zənurə - çalışır məndən kənar gəzsin. Saatlarla bir otaqda otursaq belə kəlmə kəsmir. Çox tərbiyyəli, səliqəli, məsuliyyətli, bir üzlü və işgüzardır. Ən az onu görünüşü, ən çox ailəsi və dərsləri maraqlandırır. Tanıdığım yeganə adamdır ki, ona söz deyiləndə qızarır. İtirdiyi boş vaxtlarına heyfslənir. El arasında ona «ulduz» deyirlər. Mənim üçün isə o prosto «prelest» dir. (Fidan)
Zənurə - bəlkə də birinci həyatında tərki-dünya dərvişlərdən olub. Öz aləmindədir. Həyatda rast gəldiyim yeganə adamdır ki, mənə sirli görünür. Və həyatda rast gəldiyim yeganə adamdır ki, onunla davrananda ürəyinə dəymək istəmirəm. (Azər)
Zənurə Talıbova - eyni bürcdən olduğumuzdan ona xüsusi rəğbətim var. Mənə elə gəlir ki, zənurənin görmədiyimiz və bilmədiyimiz tərəfləri çoxdur. Özünəməxsusdur, nəticədə- yaxşı qızdır. (Billurə)
Zənurə - işləri düz gedəndə çox mahircəsinə stolüstü ritmlər ifa edir.montac otağında kimisə yerindən tərpədəndə onu bir kəlmə ilə yola salır «uçdun» (Lalə)
Zənurə - çox çətin adamdır. Xasiyyətinə bələd olmaq müşküldür. Bəzən nə istədiyini özü də bilmir. Qazandığı əynində, bir də kosmetikasındadır. Başqalarının fikri onun üçün maraqlı deyil. (Natiq)
Zənurə Talıbova -«iç xəbər»in aparıcısı kimi populyarlıq qazana bilib. Bu onda yaxşı alınır. Hərçənd mənə elə gəlir ki, o, soyuqqanlı qızdır. Kiminsə problemilə dərindən maranlanmaq ona görə deyil. (Aynur)

Vazkeçilməz Hüseyn Azəri - qızbazdır. Maşınında maqnitafon oxuyanda sürə bilmir. Operator elnur onun dostudur. (Aytən)
Hüseyn –çox məsuliyyətli və etibarlıdır. Qadınları sevir. Və həddən artıq çox pul xərcləyir. Onunla dostluq etməyə dəyər. Amma pul xərclədiyinə görə yox. Metroda və avtobusda getməyi xoşlamır… maşınını özündən çox istəyir. Ən böyük problemi evlənməkdir. (Fidan)
Hüseyn Azəri - türklər demiş görünüş etibarı ilə çox sempatikdir.və üzü uşaq üzü kimi safdır. Ürəyinin də eyni cür olduğuna inanıram. Təəssüf ki, belə bir qabiliyyətim yoxdur ki, ürəkləri oxuya biləm. (Billurə)
Hüseyn - «vazgeçilməzdi» özü belə deyir.digər dediklərini bilmək isə məsləhət deyil. (Lalə)
Hüseyn - kollektivdə olan yeğanə oğlan uşağıdır. Yəni subaydır. Uşaq kimi pak qəlbi var. Arada böyük-böyük danışsa da bilir onu kimin yanında edə bilər. Dava –dalaşla arası yoxdur .zövqlə geyinməyi xoşlayır. Çəkdiyi siqoret «kent»dir. Bir sözlə «vazkeçilməzdir» - özü belə deyir. (Natiq)
Hüseyn - siz bilsəz ki, mən onu nə qədər istəyirəm, onda bilərsiz ki, mən onu nə qədər istəyirəm. Mən onu nə qədər istədiyimi sözlə sizə çatdıra bilmərəm. Çünki onu qardaşım kimi istəyirəm. (Elnur)
Hüseyn Azəri- onunla uzun illərin iş yoldaşıyıq. Bir-birimizi çox yaxşı tanıyırıq. Bir-birimizə çox köməkliklər etmişik. Xətrin çox istəyirəm. Yaraşıqlı oduğuna görə qızlar onu dinc qoymur. Amma hələ deyəsən ürəyincə olanı yoxdur. Qızlar barədə vasvasıdır. (Aynur)

Lalə - ANS TV -nin aparıcısı və müxbiri. Özünü belə təqdim edir. Kabuloklu ayaqqabı geyinməyi xoşlayır. Amma çəkilişlərdə mən ona fikir vermişəm, ayaqqabısından çox əziyyət çəkir. Hətta qaça bilmir. Qaşını çatmaq ona heç yaraşmır. (Aytən)
Lalə - tərəf müqabilimdir (Hüseyn)
Lalə –komandaya təsadüfən düşməyib. Seçilib. Ən böyük arzusu bacısının arzusunu reallaşdırmaq. Yəni onun dili ilə desəm «yaxşı», mənim dilimlə isə «populyar» aparıcı olmaq. Öz stilini tapmaq istəyir. (Fidan)
Lalə - əvvəllər məni çox əsəbləşdirirdi. Nə dediymi başa düşmək isətəmirdi. Amma indi mübahisə eləmir. 35 yaşdan sonra deyingən ola bilər, hər şey özündən asılıdır. Bir az tənbəlliyi olsa da, sədaqətli olmağı onu gələcək ailə həyatında göylərə qaldıracaq. Bəzən nə isətyir, özü də bilmir. İnanıram ki, onunla müharibələrim çox olacaq. (Azər)
Lalə Nurəddinqızı - utancaqdır. Xətrini çox istəyirəm. Kollektivdə yaşca hamımızdan kiçik olduğundan heç vaxt ondan incimərəm. Mənə qarşı kobudluq etsə belə . Hərçənd ki, belə bir şey olmayıb. (Billurə)
Lalə Nurəddinqızı - utancaq və həm də küsəyəndir. Qəlbi çox təmizdir. Ona bir söz deyəndə başıyla təsdiqləsə də, ürəyində inciklik əmələ gəlir. Düşünürəm ki, bu ondan asılı deyil. Hələ cəmi 20 yaşı var, bəlkə ondandır. (Aynur)
Lalə - ürəyi çox təmizdir. Bəzən özünə qapanmağı var. Tənqid olunanda prosto özünə gələ bilmir, dərhal qızarır. Bu isə qız üçün çox yaxşı xüsusiyyətdir. (Natiq)

Fidan - hərdən onun başı işə o qədər qarışır ki, ona desən ay fidan mən gedirəm özümü atım dənizə, deyər-hə get! Fikri axı məndə olmur. Telefonu tez-tez spirtlə silməyi xoşlayır. Qolunda da çox-çox sevdiyi gümüşdən olan qolbağı var. (Aytən)
Fidan Quliyeva - yaxın dostumdur! (Hüseyn)
Fidan - ona etibar eləmək olar. Bəzən həddən artıq hamıdan sevimli adamıma çevrilir, bəzən isə onun baxışlarından sonra sadəcə papağımı götürüb çıxıb getmək istəyirəm. Özü işgüzar olduğuna görə mənim kimi tənbəlləri xoşlamır. Üzünə qayıdanı üzə vurmasa da unutmur. Bəzən gözələri adamı aldadır. Elə bilirsən ki, hər şeydən narazıdır, hətta sənin yerilişindən də….amma əslində belə deyil. (Azər)
Fidan Quliyeva - bizim ağbirçəyimiz. Yaşı nəzərə alaraq deyil- ağıl, düşüncə, təcrübə etibarı ilə. Dərdin varsa fidana de, məlhəm olar. Olmasa belə, hər hansı formada mütləq kömək edər- ya hardansa tapar, ya da sənə onun yerini deyər. Yeri hər yerdə, həmişə görünür. (Billurə)
Fidan Quliyeva - «Iç Xəbər»in rəhbərindən savayı həm də əla iş yoldaşıdır. Çox səbirli və dözümlüdür. Bir işi görəndə çox ölçüb-biçir. Dostlarından da köməyini və xeyirli məsləhətini əsirgəmir. (Aynur)
Fidan - daha doğrusu dahi. Üzü dönəndə görməyəsən.çox dözülməz olur.yəni onu sevmək üçün hökmən sakit vaxtında söhbət edin. (Lalə)
Fidan - təskinlik verməkdə, kiminsə könlünü almaqda, dərdə şərik olmaqda onun kimisini tapmaq çətindir. Əsəbləşəndə üzünü görmə, tənbəl adamı xoşlamır. Toylarda iştirak etməkdən zövq alır, amma dəvətnaməsiz heç yerə getmir. Gün ərzində 4, bəzən 5 dəfə yeməkxanaya düşür. Kofedən başqa heç nə içmir. (Natiq)

Billurə - « gördüz də..elə biz də gördük » bu onun sevimli sözüdür. Hər işini qaça-qaça görür. Yaxşı da alınır.saçlarının ucuna zeytun yağı vurur. Bu ona çox yaraşır. Özü də çox möhkəm yerişi var. (Aytən)
Billurə - səmimiliyinə inanıram. (Hüseyn)
Billurə – çəkilişə gedib əliboş qayıtmaq –onluq deyil. Adamı bir sözdən anlayır. Dinləməyi bacarır. İşində uğur qazanmaq ona stimul verir. Oturanda ayaqlarını altına qoyur. Elə bil yoqadır. (Fidan)
Billurə - özünü aktyorluğa vurur. Əslində yaxşı mənada tamam başqa insandır, sadəcə ona gəlir ki, özünü özü kimi aparsa cəmiyyət onu pis başa düşər və ondan üz döndərərlər. Xoşlayır ki, hamının sevimlisi olsun. Billurə elə bir insandır ki, sadəcə darıxanda yanında olsun və başa düşəsən ki, həyat gözəldir (Azər)
Billurə - danışanda guya sənə qulaq asır.nəticədə verdiyi reaksiyadan məlum olur ki,o heç səni eşitmirmiş. (Lalə)
Billurə - stili olan reportyordur. Amma hələ qəti bir söz demək çətindir. Tənbəl deyil . Mehriban üzügülər qızdır. İdman stilinə daha çox üstünlük verir. (Natiq)

Aynur cəfərli-ilk baxışdan mən ona vuruldum. Pis başa düşməyin ha…çox asta yeriyir. Çox yaxşı anadır. Uşağına baxmaq üçün hətta rayonda olan qohumlarını da bura gətirib. Gözəl gülüşü var. Həm də mənim həmkarımın həyat yoldaşıdır. (Aytən)
Aynur - hökmlüdür-işdə də, bildiyimə görə ailədə də. (Hüseyn)
Aynur – anadır. Bu artıq çox şey deməkdir. İclas gedən zamanı hər dəfə ya durar, ya danışar. Amma mövzu barədə yox, öz problemlərindən. Hər dəfə yadına salmaq lazımdır ki, indi iclasdır sonra danışarıq. Çox məsuliyyətlidir. (Fidan)
Aynur Cəfərova – olduqca xoş qızdır. Həm də mehribandır. Mənə elə gəlir aynurdan heç vaxt heç kəsə ziyan cəlməz. (Billurə)
Aynur - ailəlidir bir uşağı var. Yol yoldaşı ola bilər. Etibarlıdır. Televiziya sahəsində təcrübəsi az deyil. Özünə inamlıdır. Hərdən geyindiyi paltarlar adama çatmır. (Natiq)

Natiq Qədimov - bizim əmimiz. Polisləri bişirib müsahibə almağın ustasıdır. Evlidir. Amma həmişə özünü subay göstərmək istəyir. Bu da bizim sahəmizdə alınmır. (Aytən)
Natiq - yaxşı oynamağı var (palatka toylarında) (Hüseyn)
Natiq –yaxşı iş yoldaşıdır. İşində çox məsuliyyətlidir. Dinləməyi bacarır. Ən sevdiyi xörək düşbərədir. Qaşları və bığları ona xüsusi yaraşıq verir. Gecə də olsa evdən çıxıb çəkilişə, elə yeyib içməyə də gedər.. (Fidan)
Natiq - onu görəndə həyat sevgim artır. Adamın ürəiyndən xəbər verir. Addımını atanda hər şeyi yüz ölçüb, bir biçir. Öz imkanlarını qiymətələndirmir, hansı xarüqələr yaratmağa qadir olmasından xəbəri yoxdur. Yaxşı zövqü var. Ona etibar eləmək olar. (Azər)
Natiq Qədimov - tam fərqlidir. El diliylə, düzə-düz, əyriyə-əyri. Bilmirəm nəyə görə, amma ona böyük hörmətim var. (Billurə)
Natiq Qədimov - mənə məsuliyyətli əməliyyat müvəkkili təsiri bağışlayır. Kriminalların birini də gözdən buraxmayan natiq çox yaxşı müxbir və əla iş yoldaşıdır. Ona böyük hörmətim var. (Aynur)
Natiq - çox arxayın danışığı ilə adamı elə bişirir ki,bir də görürsən qaynamısan. (Lalə)
Natiq - eşitdiyimə görə el arasında ona kriminal Natiq deyirlər. Amma işdə əmidir ki, əmi (Elnur)

Aytən –otağa girəndə xüsusi abu-hava yaradır. Gülməli deyil. Amma ona baxanda adam gülmək istəyir. Gülüşü özündən də gülməlidir. Gizli çəkilişlərin kraliçasıdır. Ən böyük arzusu müharibəyə getməkdir. Gecə gəzintisini və idmanı sevir. (Fidan)
Aytən Məmmədova - aslanın erkəyi – dişisi olmaz. Aytəndən elə bir dənədir. Bircə özünə dost tapa bilsəydi, özü də ki, əcnəbi dost, bizim də canımız qurtarardı. (Billurə)
Aytən Məmmədova - respublikada ilk yeganə gənc qadın operatordur. Onun ardıcılları peyda olmağa başlayır. (Aynur)
Aytən - kefini qaldırmaq üçun aytənin qəfil gülərkən çıxardığı səsi eşitmək yetər (Lalə)
Operator Aytən - çəkiliş meydançasında özünü suda balıq kimi hiss edir , kişilərdən heç geri qalmır. Ağlına gələni danışır , durduğu yerdə birdən gülsə təəcüblənməyə dəyməz. Mesac yazmağı xoşlayır, inglis dilini öyrənməyə cəhd edir. Ayaqabısının ölçüsü 38-dir. (Natiq)
Aytən - mən onu sevmişəm. Bəyənməyib. Yalvarsa bəlkə fikrimi dəyişib yenidən onu sevərəm. (zarafatdır). Çox cəsarətli və qoçaqdır. (Elnur)

Elnur – ağlımıza gəlməyən mahnılara qulaq asır. Geyimi ilə danışığı üst- üstə düşmür. Hərdən elə bir kuplet oxusun ki, adam az qalır havalansın. Ştativlə işləməklə heç arası yoxdur. Axır vaxtlar meyxana ilə maraqlanır və təəssüf ki, bizi də maraqlandırmağa cəhd edir. (Fidan)
Elnur - hələlik özünün müstəqil qərar qəbul etmək qüdrəti yoxdur. Daha çox valideynlərinin və dostlarının öyüd-nəsihətlərinə əməl edir. Özünəməxsus oğlandır, onu aldatmaq asandır. Dostluqda sədaqətlidir, adamı dar ayaqda qoymaz. Bircə kadrı əsdirməyinə son qoysaydı, dərdim olmazdı. (Azər)
Elnur Məmmədov - evli adamdı, onunla işim yoxdur. Tək kəlməylə -elnur bomba oğlandır. Özü də yasamalski qaqaşdır. (Billurə)
Elnur Məmmədov - heç kimi sakit buraxmır. Zarafatlarından geri qalmır. Dar ayaqda həmişə kömək etməyə hazırdır. (Aynur)
Elnur - elə ki,onunla çəkilişə çıxdın hansı meyxananı istəsən onun ifasından eşidə bilərsən .repertuarnıda ən məşhur meyxana «iynə vurursan»dı (Lalə)
Operator Elnur - prosto kef-komdur. Dünya aləm vecinə deyil.3 –də alacağı yox, 5 –də verəcəyi. Rus dilində doğrayıb tökür. Lermantov, Mayakovski, Puşkindən sitatlar gətirməyi xoşlayır. Televiziya operatru olmaq onluq deyil – onun yeri böyük kino meydançalarıdır. (Natiq)